Перейти к содержимому
РОО «Азербайджанская национально-культурная автономия РТ»

РОО «Азербайджанская национально-культурная автономия РТ»

Основное меню
  • Портал
  • Главная
  • Об организации
    • Руководство
    • Структура
    • Документы
    • Контакты
  • Новости
  • Медиа
    • Видео
    • Фото
  • Гостевая
  • Главная
  • Новости
  • Novruz təamları və adət-ənənələri

Novruz təamları və adət-ənənələri

admin 15.03.2016

(15 марта 2016) Novruz bayramına sayılı günlər qalıb.  Bu gün isə çərşənbələrdən sonuncusu — Torpaq çərşənbəsidir. Elə yüksək bayram əhval-ruhiyyəsində qeyd olunan İlaxır çərşənbə də adət-ənənələri ilə xüsusi seçilir. Novruz süfrəsini də unutmamışıq. Odur ki, yaxın oturub əməkdaşımız Hicran Nəsibovanın reportajını izləyin.     

Azərbaycan xalqının ən çox sevilən bayramlardan biri və elə birincisi Novruz bayramıdır. Milli adət-ənənələrilə seçilən bayramda hər evdə səməni cücərdilməlidir. Və cücərdərkən niyyət edilir. Əgər səməni göyərərsə, niyyətin çin olacaq deməkdir. Səməni yetişdirmək həm də yazın gəlişinə və bitkilərin oyanmasına işarədir. Bayramın fərqliliyi həm də özünəməxsus təamları ilə bağlıdır. Plovsuz isə bu süfrəni təsəvvür etmək olmur. Tovuzda fərqli hazırlanan bu təam özünəməxsusluğu ilə seçilir. Plov bişdikdən sonra isə süzülüb dəmə qoymaq üçün hazırlanır. Novruz süfrəsini şirniyyatsız təsəvvür etmək olmaz. Bunlardan da ən məşhuru paxlava, şəkərbura və qatlamadır. Novruz bayramının əsas atributlarından biri də yumurtadır.

Çox qədimlərdən yumurta həyatın, canlılığın rəmzi hesab edilib, dörd əsas ünsür — hava, su, torpaq, odla bağlıdır. Yumurtanın dairəviliyi və qabığı — torpağı, pərdəsi — havanı, içindəki ağ — suyu, sarısı isə — odu simvolizə edir.  

Novruz bayramında süfrə xüsusi bəzənir.  Yazın gəlişindən xəbər verən nemətlər düzülür. Torpaq çərşənbəsi həm də yazın  gəlişindən xəbər verir. Novruz bayramı özünəməxsus inancları ilə də fərqlənir. Xüsusilə İlaxır çərşənbədə bir sıra adətlər də yerinə yetirilir. Və sonda tonqal qalanır və hamı ocağın ətrafına toplaşır. Odun üstündən hoppanmaqla uğursuzluqların keçmiş ildə qalması arzulanır. Yeni ilə isə xoş niyyətlərlə, bayramınız mübarək!

Источник: http://daytube.az

Продолжить чтение

Назад: Грузины исполнили гимн Азербайджана – потрясающий праздник танца в Баку
Далее: Международный Центр Мугама отметил «Торпаг чершенбеси» концертом юных музыкантов

 

bn-of-rt bn-uslugi bn-ufms bn-anrussia bn-prch
 ДЛЯ СЛАБОВИДЯЩИХ
© РОО «Ассамблея народов Татарстана» Тел.: 8 (843) 237-97-99 E-mail: an-tatarstan@yandex.ru
ГБУ «Дом Дружбы народов Татарстана» Тел.: 8 (843) 237-97-90 E-mail: mk.ddn@tatar.ru
420107, г. Казань, ул. Павлюхина, д. 57