(8 июля 2016) Nar — behişt meyvələrindən biridir və Quranda üç yerdə adı çəkilmişdir. («Ənam» 99, 141 və «Rəhman» 68). «O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar ağac(lar)ı vardır». («Rəhman» 68).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, nar haqqında hədislərdə də çox məlumat verilmişdir ki, onların bəzisinə işarə edək:
Nar — meyvələrin sərvəridir. İmam Baqir (ə) buyurur: «Meyvə 120 cürdür və hamısının sərvəri nardır». Əshaq ibni Əmar İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: «Hər bir narda behiştdən dənə vardır».
İmam Sadiq (ə) buyurur: «İmam Əli (ə) nar yeyən zaman dəstmalı açar və buyurardı: «Narda behişt dənəsi gizlənmişdir». Deyirlər ki, yəhudi, xristianlar və başqaları ondan yeyirlər. Buyurur: «Onlar nar yeyən zaman Allah mələk göndərər ki, behişt dənələrini aparsınlar ki, onların qidasına çevrilməsin».
İmam Baqir (ə) və İmam Sadiq (ə) buyurur: «Yer üzündə Peyğəmbər (s) üçün nardan sevimli bir meyvə yoxdur. Allaha and olsun ki, o zaman ki, nar yeyərdi sevər ki, heç kim onunla şərik olmasın».
Nar — şeytanın düşmənidir. İmam Sadiq (ə) İmam Əlidən (ə) nəql edir ki, buyurub: «Narın hər bir dənəsi ki, mədədə yer edər, qəlbi dirildər. Canı nurlandırar və qırx gecə şeytan vəsvəsəsinin müalicəsidir».
Həzrət Peyğəmbər (s) buyurub: «Nar yeyin ki, onun heç bir dənəsi mədəyə daxil olmaz, məgər o halda ki, qəlbi aydınlandırar və şeytanı 40 gün qəlbdən uzaqlaşdırar».
Həzrət Peyğəmbər (s) buyurur: «Nar — meyvələrin sərvəridir. Hər kim bir dənə nar yeyərsə, 40 gün şeytanı qəzəbləndirər».
İmam Əli (ə) buyurur: «Elə bir nar yoxdur ki, içində behişt dənəsi olmasın. Əgər ondan bir şey düşsə, ardınca gedin». (O Həzrət) narında heç kimi şəik etməzdi. Nardan hər nə düşsə qaldırıb deyərdi: «Nar daxildə gəzməz məgər o halda ki, şeytanı vəsvəsəsini qovar».
İmam Sadiq (ə) buyurur: «İki şey yaxşıdır: nar və yarı isti su».
İmam Həsən Əsgəri (ə) buyurur: «Qanalmadan sonra şirin nar ye ki, qanı aram etsin».
İmam Sadiq (ə) buyurur: «İki şey iki əlli yeyilər: üzüm və nar». «Övladlarınıza nar yedizdirin ki, tez cavan olsunlar».